Mayın 12-də gecə saatlarında Türkiyənin Diyarbəkir əyalətinin Hani şəhərində güclü partlayış törədilib. Fins.az-ın verdiyi xəbərə görə, partlayış nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb. Türkiyə DİN nümayəndəsinin agentliyə bildirdiyinə görə, PKK terrorçuları minalanmış yük maşınını partladıblar. Əraziyə çoxsaylı təhlükəsizlik qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub.
Eləcə də bax: Türkiyə bankından “terror” güzəşti
Qeyd edək ki, ilk partlayış İstanbulun Sancaqtəpə rayonunda olub. Hərbi obyektlərdən birinin yaxınlığında bombalı avtomobil partladılıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Partlayışın Surun Sarıqamış məhəlləsində evlərdən birində partlayıcı hazırlandığı anda baş verdiyi təxmin edilir.
Eləcə də bax: Türk hotelləri boşalır – QİYMƏTLƏR AZALIR
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır