DÜNYA

Bu ölkə maaşları cücə ilə ödədi
12 MAY
314

Bu ölkə maaşları cücə ilə ödədi

2016-05-12 14:49:00

Özbəkistanın Nukus şəhərində kifayət qədər büdcə olmadığı üçün müəllim maaşları nağd pul əvəzinə cücə ilə ödənib.

Fins.az "Marja"-ya istinadən xəbər verir ki, muxtar Karakalpakistan respublikasında olan Nukus şəhərində rəsmilər maaşları pul əvəzinə cücə ilə ödəyib.

Müəllimlərdən biri vəziyyəti "biabırçılıq" deyə xarakterizə edib və "Keçən il də maaşları kartof, yerkökü və balqabaqla ödədilər. Bu il də pul əvəzinə cücə verirlər. Bizə cücə lazım olsaydı, bazardan alardıq" deyib.

Cücələrin bir dənəsinin 2,5 ABŞ dollarından sayıldığını deyən bir başqa mənbə də, bunun bazardakı cücə qiymətlərindən iki dəfə çox olduğunu bildirdib.

 "VİTAMİN ALIRIQ"

Digər bir özbək də zarafat edib və "Bunda nə problem var? Səhər yeməkdə toyuq şorbası, naharda toyuq qızartması və axşam da toyuq yeyirik. Heç olmasa, vitamin alırıq" deyib.

Özbəkistanda media yoxlanır və xarici mediaya danışanlar bunu adətən adlarının gizli qalması şərtilə edirlər.

Ölkə uzun illərdir nağd pul sarıdan korluq çəkir. Bu səbəblə pensiya ödəmələrində ciddi gecikmələr baş verir. Bu ayın əvvəlində dövlət məmurları banklarda pul olmadığı üçün iki aydır maaş almadıqlarından şikayət etmişdi.

Xatırladaq ki, ay ilin əvvəlində Türkmənistanda da oxşar üsuldan istifadə edilmişdi. Bu ölkədə maaşlar qoyunla ödənilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274