DÜNYA

Dünyanın ən bahalı brendləri - SİYAHI
12 MAY
542

Dünyanın ən bahalı brendləri - SİYAHI

2016-05-12 01:37:00

"Apple" şirkəti ardıcıl olaraq 6-cı dəfə dünyanın ən bahalı brendi elan edilib. “Forbes” jurnalı dünyanın ən bahalı 100 brendinin siyahısını hazırlayıb. Fins.az-ın məlumata görə, siyahıda ilk yerdə “Apple” şirkəti qərarlaşıb. Jurnalın qiymətləndirmələrinə görə, «Apple» brendinin bazar dəyəri 154,1 milyard dollar təşkil edir. «Apple»nin ən yaxın izləyicisi olan və 2-ci yeri tutan «Google» brendinin qiyməti isə 82,5 milyard dollar təşkil edir. İl ərzində «Google» brendinin qiyməti 16,9 milyard dollar arıb və bunun sayəsində şirkət «Microsoft»u 2-ci pillədən endirib. Öz növbəsində «Microsoft» brendinin qiyməti 69,3 milyard dollardan 75,2 milyard dollara qalxıb. Ən bahalı brendlərin siyahısında 4-cü yeri «Coca-Cola» tutur. «Forbes»in məlumatına görə, son bir ildə «Coca-Cola» brendi də bahalaşaraq 56 milyard dollardan 58,5 milyard dollara qalxıb. Siyahıda 5-ci yeri IBM şirkətini sıxışdıran Facebook şirkəti tutur – 52,6 milyard dollar.

Brendlərin qiymətinə görə, ilk 10 yeri bu şirkətlər tutur:  

1. Apple - $154,1 mlrd
2. Google - $ 82,6 mlrd
3. Microsoft - $75,2 mlrd
4. Coca- Cola - $58,5 mlrd
5. Facebook - $ 52,6 mlrd
6. Toyota - $42,1 mlrd
7. IBM - $41,4 mlrd
8. Disney- $39,5 mlrd
9. McDonald's - $ 39,1 mlrd
10. GE - $36,7 mlrd

Ümumiyyətlə, siyahıda ABŞ-ın 52, Almaniyanın 11, Yaponiyanın 8, Fransanın 6 brendi yer tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272