DÜNYA

"İşıq sürəti ilə" enerji toplayan akkumulyator
11 MAY
328

"İşıq sürəti ilə" enerji toplayan akkumulyator

2016-05-11 08:39:00

Norveçin Oslo Universitetinin alimləri tərəfindən hazırlanmış akkumulyator saniyədən də az müddətə enerji toplayır. Lakin bu akkumulyatorun tutumu azdır. Fins.az xəbər verir ki, professor Ola Nilsen və universitetin məzunu Knut Byarne Qanqrud lazımi enerji doldurma sürətinə nail olmaq və ölçüsünü kiçiltmək üçün batareyanın tutumunu azaldıblar.

İstehsalçılar ictimai nəqliyyat üçün ekoloji cəhətdən təmiz enerji mənbəyi yaratmağı planlaşdırır. Akkumulyatorun enerjisi dayanacaqlar arasında olan məsafəni qət etmək üçün kifayətdir. Dayanacaqlarda isə avtobuslar xüsusi platformalarda enerji ilə doldurulacaq.

Sözügedən texnologiya akkumulyator batareyaları sahəsində inqilab ola bilər. Həmçinin bu, nəqliyyat üçün çox ucuz enerji mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275