DÜNYA

Qırmızı meydandakı parad Rusiyaya 300 milyona başa gəlib
10 MAY
385

Qırmızı meydandakı parad Rusiyaya 300 milyona başa gəlib

2016-05-10 08:58:00

Faşizm üzərində qəbələnin 71-ci ildönümü münasibəti ilə Rusiyanın paytaxtı Moskvadakı Qırmızı meydanda keçirilmiş parad bu ölkəyə 295,7 milyon rubla (təxminən 4,6 milyon dollara) başa gəlib. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, bu, 2015-ci ildə, 70 illik münasibəti ilə keçirilmiş paradın xərcindən təxminən 3 dəfə azdır.

Bununla belə, son 10 gündə builki parada çəkilməsi nəzərdə tutulan xərclərdə 85 milyon rubl artım olub. Belə ki, aprelin 30-da parad üçün elan edilmiş tenderdə tədbirin büdcəsi 210 milyon rubl göstərilmişdi.

Paradın keçirilməsinə çəkilmiş xərcin əsas hissəsi mərasimdə iştirak edən hərbçilərin Qırmızı meydana gətirilməsi ilə bağlı olub. Bunun üçün 158,7 milyon rub pul xərclənib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271