DÜNYA

«Standard
07 MAY
290

«Standard & Poor's» Türkiyənin reytinqini artırdı

2016-05-07 12:27:00

«Standard & Poor's» (S&P) reytinq agentliyi Türkiyənin xarici və mili valyutada kredit reytinqini "BB+" və "VVV-" səviyyəsində təsdiqləyib. Bu göstəricilər üzrə proqnoz isə «neqativ»dən «sabit»ə qaldırılıb. Bu barədə «S&P»in məlumatında bildirilir.

Məlumatda bildirilir ki, Türkiyə 2015-ci ildə seçkilər prosesini uğurla başa vurub, ölkə iqtisadiyyatı regional qeyri-sabitliyə və investorların inkişaf etməkdə olan ölkələrdə (Türkiyə də bu ölkələrin sırasına aiddir – fins.az) aktivliyinin azalmasına qarşı dayanıqlıq nümayiş etdirib. Bu faktorlar Türkiyənin kredit reytinqinin yüksəlməsinə müsbət təsir edib.

Eləcə də bax: İstanbul birjasında pul yatırmaq üçün – ƏN ETİBARLI 6 ŞİRKƏT

Bəyanatda o da deyilir ki, 2015-ci ildə neftin qiymətinin aşağı düşməsi ölkədə istehlak tələbatının artmasına müsbət təsir edib. 2015-ci ildə Türkiyədə büdcə kəsiri ÜDM-nin 4,5%-nə qədər azalıb. 2016-cı ildə isə «S&P» Türkiyə iqtisadiyyatının 3,4% artacağını gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272