DÜNYA

Londonda ilk dəfə müsəlman mer seçilib
07 MAY
269

Londonda ilk dəfə müsəlman mer seçilib

2016-05-07 11:08:00

Leyboristlər partiyasının təmsilçisi, Pakistan əsilli Sadiq Xan Londonun meri seçilib. Fins.az APA-ya istinadən xəbər verir ki, o, bu posta yiyələnən ilk müsəlman kimi tarixə düşəcək. 2013-cü və 2015-ci illərdə S.Xan britaniyalı  müsəlmanlar arasında “ilin siyasətçisi” adını qazanıb.  

Eləcə də bax: Ən bahalı gediş haqqı olan şəhərlər – SİYAHI

Onun proqramının əsas bəndləri mənzil inşaatının, sosial sahənin inkişafı, ictimai nəqliyyatda qiymət artımının məhdudlaşdırılması və Hitrou hava limanının genişləndirilməsindən imtinadır. 

Eləcə də bax: Avropanın 3 şəhərində terror aktları ola bilər – İŞİD-dən xəbərdarlıq

46 yaşlı Sadiq Xan insan haqları üzrə hüquqşünasdır. O, 2008-2009-cu ildə yerli idarəetmə məsələləri üzrə dövlət naziri, 2009-2010-cu illərdə isə nəqliyyat məsələləri üzrə dövlət naziri postlarında çalışıb. Sadiq Xan evlidir, 2 övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272