DÜNYA

Rusiyada 2 bank bağlandı
05 MAY
422

Rusiyada 2 bank bağlandı

2016-05-05 14:30:00

Rusiya Mərkəzi Bankı ölkənin 2 bankının lisenziyasını ləğv edib. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Tolyatti vilayətində fəaliyyət göstərən “Elbank”dan və paytaxtın “Mostransbank”dan gedir. Bu banklar aktivlərinin həcminə görə, Rusiyadamüvafiq olaraq 295-ci və 538-ci yerləri tuturlar.

“Elbank”ın lisenziyasının ləğv olunmasına səbəb kimi onun əmanətçiləri qarşısında öhdəliklərini lazımi səviyyədə yerinə yetirə bilməməsi göstərilib. Son 2 həftə ərzində bankın qaytara bilmədiyi əmanətlərin həcmi əhəmiyyətli şəkildə artıb.

“Mostransbank” isə bazarda aşağıkeyfiyyətli pul vəsaitləri yerləşdirməkdə və bununla əlaqədar adekvat olaraq ehtiyatlar yaratmamaqda ittiham olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275