DÜNYA

Davudoğlunun istefası xəbəri türk lirəsini çökdürdü
05 MAY
982

Davudoğlunun istefası xəbəri türk lirəsini çökdürdü

2016-05-05 11:06:00

Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb. 

Fins.az APA-ya istinadən xəbər verir ki, Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır. 

Buna baxmayaraq, bu gün lirə 1% bahalaşıb. 

Eləcə də bax: Azərbaycanda türk lirəsi ən aşağı həddə düşdü

Bəzi KİV-in verdiyi xəbər əsasən, Türkiyənin hakim Ədalət və inkişaf partiyası yaxın 15 gün ərzində qurultay keçirəcək. Qurultayda partiyanın yeni lideri seçiləcək. Bildirilir ki, hazırkı baş nazir öz namizədliyini irəli sürməyəcək. 

Ekspertlər hesab edir ki, Ə. Davudoğlunun istefası ölkədə siyasi gərginlik yarada, kapital axınını sürətləndirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272