DÜNYA

Donald Trampın sonuncu rəqibi də mübarizədən əl çəkdi
05 MAY
354

Donald Trampın sonuncu rəqibi də mübarizədən əl çəkdi

2016-05-05 08:45:00

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Ohayo ştatının qubernatoru Con Keysik seçki kampaniyasını dayandırıb. Fins.az xəbər verir ki, o, bu qərarı İndiana ştatında ilkin seçkilərdə məğlub olduqdan (3-cü yer tutduqdan) sonra qəbul edib. 

Eləcə də bax: Trampın bir rəqibi də sıradan çıxdı – ABŞ PREZİDENTLİYİ

Ötən gün ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz da seçki kampaniyasını dayandırıb. Senator belə bir qərarı İndiana ştatındakı ilkin seçkilərdə məğlubiyyətindən sonra qəbul edib. Milyarder İndianadakı ilkin seçkilərdə 53,3%-lə ən çox səs qazanıb. Belə olan halda Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub.

Eləcə də bax: Dünyanın əmlak kralı - TRAMPIN BİZNESİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270