DÜNYA

500 avroluqların çapı dayandırılır
05 MAY
416

500 avroluqların çapı dayandırılır

2016-05-05 08:35:00

Avropa Mərkəzi Bankı (AMB) Şurasının mayın 4-də qəbul edilmiş qərarına əsasən 2018-ci ilin sonunda 500 avroluq əskinasların tədavülə buraxılmasına son qoyulacaq.

Eləcə də bax: 500 avroluqlar ləğv edilə bilər

Fins.az xəbər verir ki, bankın qərarına görə, 100 və 200 avroluq əskinaslar 2018-ci ilin sonundan etibarən yeni dizaynda və daha böyük həcmdə dövriyyəyə buraxılacaq. Beş yüz avroluq əskinasların buraxılışı dayandırılsa da, onlar qeyri-məhdud müddətə ödəmə vasitəsi kimi istifadə oluna biləcək.

Eləcə də bax: 500 avroluqlar yığışdırılır

Bankın bu qərarı qəbul etməsinə əsas səbəb kimi qeyri-qanuni fəaliyyətlərin (transmilli cinayətkarlıq, terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulması) qarşısının alınması göstərilir. Çoxdan idi ki, mütəxəssislər bənövşəyi əskinasların nəql və çəki rahatlığına görə daha çox kriminal dairələrdə populyar olmasını əsas gətirərək, bu əskinasların dövriyyədən çıxarılmasına çağırırdılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275