DÜNYA

Trampın bir rəqibi də sıradan çıxdı – ABŞ PREZİDENTLİYİ
04 MAY
318

Trampın bir rəqibi də sıradan çıxdı – ABŞ PREZİDENTLİYİ

2016-05-04 10:10:00

ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizəd Ted Kruz İndiana ştatındakı dünənki məğlubiyyətindən sonra prezidentlik uğrunda mübarizədən imtina edib.

Dünənki seçkilərdə onun əsas rəqibi olan milyarder Donald Tramp 50%-dən çox seçicinin və 57 nümayəndənin dəstəyini alıb. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, Trampın ən güclü rəqibi olan Kruz İndianada qələbəyə ümid edirdi və yerli televiziya reklamlarına külli miqdarda pul sərf etmişdi. Üstəlik Kruz Ohayo ştatının qubernatoru Con Keysiklə “Trampla birgə mübarizəyə dair pakt” imzalamışdı.

Eləcə də bax: Dünyanın əmlak kralı - TRAMPIN BİZNESİ

“Biz əlimizdəki hər şeyi verdik, lakin seçicilər başqa yolu seçdi. Beləliklə, ağır ürəklə, lakin ölkəmizin uzunmüddətli gələcəyinə olan böyük optimizmlə kampaniyamızı dayandırırıq” deyə Kruz bildirib.

Atasından aldığı 1 milyon dollarlıq «cüzi kreditlə» işə başlayıb

İndi Trampın bu seçkiqabağı yarışda yeganə rəqibi İndiana seçkilərində 10%-dən az səs toplayan Keysik qaldı. Nəticədə, İndiana qələbəsindən sonra Tramp partiya qurultayında 1041 nümayəndənin dəstəyini qazanıb. Prezidentliyə namizədlik üçün ümumilikdı 1237 nümayındənin dəstəyini qazanmaq lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275