DÜNYA

"Lester"in çempionluğu bukmeykerləri milyonlarla ziyana salıb
03 MAY
459

"Lester"in çempionluğu bukmeykerləri milyonlarla ziyana salıb

2016-05-03 12:36:00

"Lester"in İngiltərə Premyer Liqasındakı çempionluğu bukmeykerləri milyonlarla ziyana salıb.

Fins.az-ın "Report"-a istinadən  məlumatına görə, bukmeykerlər lap əvvəldən "Lester"in çempionluğuna 5000 əmsal təyin etməklə sonda təxminən 15 milyon ABŞ dolları ziyana qatlaşıb.

Məsələn, İngiltərənin Gilford əyalətindən olan azarkeş çempionatın startından bir neçə tur sonra 1500 əmsala malik mərcə 75 funt setrlinq pul qoyub və indi 112 500 funt qazanacaq.

Ümumiyyətlə, futbol tarixində ilk dəfə 5000 əmsallı mərc pul qazandırıb.

Qeyd edək ki, ötən mövsüm Premyer Liqada 14-cü yeri tutmuş "Lester" cari mövsümdə tarixində ilk dəfə İngiltərə çempionu olub. Buna qədər klubun İngiltərə futbol elitasındakı ən yüksək nailiyyəti 1928/29 mövsümündəki ikincilik idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275