Almaniyanın 6 aeroportunda Lüfthanza aviakompaniyasının 900 reysi ləğv edilib. Səhər saatlarında Bremen, Frankfurt-Mayn, Münhen, Düsseldorf, Köln, Bonn və Hannoverin hava limanlarında yerüstü xidmət işçilərinin tətili başlayıb.
Fins.az Euronews telekanalına istinadla xəbər verir ki, tətil “Verdi” xidmət sahələri həmkarlar ittifaqı tərəfindən təşkil olunub. Təşkilat baqaj yoxlaması əməkdaşlarının, xadimə və işçi sahələrində əməkhaqlarının 6 faiz artırılmasına və əmək şərtlərinin yaxşılaşdırılmasına çalışır.
Aprelin 27-də keçirilən tətil ümumilikdə 90 min sərnişinə təsir edəcək. Bundan ən çox 545 reysin ləğv olunduğu Münhen aeroportu çətinlik çəkəcək. “Verdi” və aviakompaniya arasında danışıqların növbəti raundu aprelin 28-i və 29-na təyin olunub.