DÜNYA

Belarusda valyutadəyişmə “özünəxidmət”ə keçdi
27 APREL
252

Belarusda valyutadəyişmə “özünəxidmət”ə keçdi

2016-04-27 13:25:00

Belarusiya bankında ilk dəfə olaraq yerli istehsal olan valyuta dəyişmə terminalı quraşdırılmışdır. IBA Minsk şirkəti tərəfindən yaradılan bu terminal ölkənin “ASB Belarusbank” bankında yerləşdirilib. Valyuta dəyişmə terminalı özünəxidmət rejimində fəaliyyət göstərərək, müştərilərə ABŞ dolları və rus rublunu belarus rusbluna dəyişmək imkanı verir.

Fins.az "Banker"ə Bankın ödəniş kartları üzrə hesablama mərkəzinin direktor müavini olan Vladimir Semijon-un sözlərinə görə, bankın sözügedən bu cihazı quraşdırarkən əsas məqsədi belarus rubluna valyuta mübadiləsi prosesini avtomatlaşdırmaq və müştərilərə xidmət səviyyəsinin keyfiyyətinin artırılması olmuşdur.

Müştərilərin rahatlığı üçün terminalın ekranında bank tərəfindən təyin edilmiş cari valyuta məzənnələri və yerləşdirilmiş banknotların nominalları təsvir edilmişdir. Terminal vasitəsi ilə valyuta dəyişmə prosesinin icra edilməsi üçün isə əlavə xərc tələb olunmur.

Valyuta dəyişmə terminalının iş prinsipi zamanı yapon şirkəti olan Japan Cash Machine (JCM)-in unikal texnologiyasından istifadə edilmişdir. Bu texnika lazım olduqda daxil edilən banknotlar, müştərilər haqqında məlumatı qəbul edə və yadda saxlaya bilər.

Mahiyyət etibarilə valyuta dəyişmə terminalından istifadə nağd pul qəbul edən terminalların funksiyalarını xatırladır. Valyutanın digər valyuta ilə dəyişdirilməsi prosesi isə ani, yəni çox qısa zaman kəsiyi ərzində həyata keçirilir.

Mənbə: banker.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272