DÜNYA

İrandan ABŞ-a etiraz - KOMPENSASİYA QALMAQALI
26 APREL
234

İrandan ABŞ-a etiraz - KOMPENSASİYA QALMAQALI

2016-04-26 18:38:00

İran ABŞ-a etiraz notası verib.  İran XİN-dən verilən məlumata görə, etiraz notası  ABŞ-ın bu ölkədə maraqlarını təmsil edən İsveçrə səfirinə verilib. Bu gün İran XİN-nə çağırılan İsveçrə səfirinə iki etiraz notası təqdim olunub. 
 
Notanın biri Amerika Ali Məhkəməsinin İranın dondurulmuş aktivlərinin Amerika ailələrinə kompensasiya olaraq verilməsinə görədir. İran məhkəmə qərarını iki ölkə arasında olan müqavilələr, xüsusilə 1955-ci ildə imzalanmış  müqavilənin, eləcə də beynəlxalq qanunların ABŞ tərəfindən pozulması  kimi qiymətləndirib.
 
İkinci nota isə Nyu-York yerli məhkəməsinin İranın 11 sentyabr terror hücumlarında ittiham olunmasına etirazdır. Notada İran bu kimi ittihamların əsassız olduğunu bildirib və bəyan edib ki, İranın və ya İran vətəndaşlarının bu terror hücumunda iştirakına dair heç bir dəlil, sübut və şahid yoxdur, bu kimi iddialar gülünc və beynəlxalq hüquq normalarına ziddir. 

           Eləcə də bax: "Банковский удар" для Ирана – ОТ АМЕРИКАНСКОГО СУДА

Qeyd edək ki, ABŞ-da oxşar qanunun Səudiyyə Ərəbistanına qarşı da qəbul ediləcəyi gözlənilirdi. Bu qanuna əsasən, terrordan zərər çəkən amerikalı ailələr məhkəmələrdə Səudiyyə Ərəbistanına qarşı da iddia qaldıra və Səudiyyə Ərəbistanının  ABŞ banklarındakı pullarından kompensasiya tələb edə bilərdi. Bununla əlaqədar olaraq Səudiyyə Ərəbistanı ABŞ-a etiraz etmiş və belə qanun qəbul ediləcəyi təqdirdə amerikan banklarındakı 750 milyard dollarlıq vəsaitlərini geri çəkəcəyin elan etmişdi. Amma prezident Barak Obama bu qanunun qəbuluna imkan verməyəcəyini ona veto qoyacağını bəyan edib. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275