DÜNYA

Bu şirkətin dəyəri 2 trilyon dollardır
26 APREL
453

Bu şirkətin dəyəri 2 trilyon dollardır

2016-04-26 09:11:00

Dünyanın ən böyük şirkəti məlum olub.  Fins.az-ın məlumatına  görə, Səudiyyə Ərəbistanı neftin ucuzlaşması və  neftdən sonrası üçün plan hazırlamağa başlayıb. Və bunun üçün ən böyük şirkəti  “Saudi Aramco”nu dəyərləndirib. Şirkətin qiyməti tam olaraq 2 trilyon dollar dəyərləndirilir. Gündə 9,5 milyon barel neft ixrac edən şirkətin illik ixracı ümumilikdə 3,5 milyard barel təşkil edir. 261.1 milyard  barel xam neft ehtiyatları olan  Saudi Aramco”nun 8.3 trilyon kubmetr qaz ehtiyatlarının da olduğu açıqlanıb.

Müqayisə üçün deyək ki, dünyanın ən böyük şirkəti adını  alan  “google”un  hazırkı bazar dəyəri 500 milyard dollar təşkil edir. Bu isə o deməkdir ki, “Saudi Aramco” hətta “google”dan 4 dəfə böyükdür. Qeyd edək ki, Səudiyyə Ərəbistanı neftdən aslılığı azaltmaq üçün  “ Baxış 2030” planı hazırlayıb. Plana əsasən şirkətin 5 %-lik hissəsinin  xalqa  satılması nəzərdə tutulub.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275