DÜNYA

Bu ölkədə internetlə idxala görə vergilər artırıldı
25 APREL
332

Bu ölkədə internetlə idxala görə vergilər artırıldı

2016-04-25 08:30:00

Aprelin 7-dən qüvvəyə minmiş yeni qanuna əsasən, Çinə internet vasitəsilə gətirilən mallar üçün vergi artırılıb. Fins.az xəbər verir ki, qanunla internet üzərindən alğı-satqı vasitəsilə ölkəyə idxal edilmiş və “barat” kimi təsnif olunmuş satış məhsulları 1000 yuan (155 dollar) məbləğində malın 10 faizini təşkil edən “poçt şöbəsində fərdi vergi” dərəcəsi üzrə vergiyə cəlb olunur.

Bu qanun Çinin yerli ticarətçilərinin satdıqları idxal malları üçün bərabər şərait yaratmaq məqsədi daşıyır.

Aprelin 8-dən transsərhəd onlayn alğı-satqı üzrə bir transaksiya üçün maksimum məbləğ 2000 yuan (310 dollar), bir ildə bir adam üçün isə 20 min yuan (3100 dollar) müəyyənləşdirilib.

Qiyməti bu limiti keçən mallar adi idxal ilə eyni götürülür və onlara dəyişkən tariflər, əlavə dəyər vergisi, eləcə də dəbdəbə malları və ya spirt, benzin, zərgərlik məmulatları və avtomobillər üçün nəzərdə tutulan istehlak vergisi tətbiq oluna bilər.

Mənbə: Vergiler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272