DÜNYA

Uşaqların "Facebook"a daxil olmasına məhdudiyyət qoyulacaq
22 APREL
263

Uşaqların "Facebook"a daxil olmasına məhdudiyyət qoyulacaq

2016-04-22 17:35:00

Avropa İttifaqında 16 yaşından kiçik yeniyetmələrə Facebook, Snapchat və Twitter sosial şəbəkələrinə yalnız valideynlərin icazəsi ilə daxil olmalarını nəzərdə tutan yeni qaydalar 2018-ci ildən qüvvəyə minəcək.

Fins.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Facebook, Snapchat, Twitter və Instagram istifadəçiləri arasında çox sayda həddi-buluğa çatmayan uşaqlar var. “EMarketer” analitik kompaniyasının tədqiqatlarına görə, 13 yaşdan aşağı uşaqlara qeydiyyatı qadağan edən sosial şəbəkələrin qaydalarına zidd olaraq Böyük Britaniyada 11 yaşdan kiçik hər beş uşaqdan biri Facebook şəbəkəsində akkaunta malikdir. 12-17 yaş arası britaniyalı yeniyetmələrin isə 80 faizi Facebook sosial şəbəkəsinin istifadəçisidir.

Hazırda böyük kompaniyalara sosial şəbəkələrdə qeydiyyatdan keçmək və ya girişdən imtina etmək üçün valideynlərin icazəsini almağa bir vasitə hazırlamaq tapşırığı verilib.

Qeyd edək ki, Böyük Britaniya başda olmaqla bəzi ölkələr yaş məhdudiyyətini 13, Fransa və bir sıra ölkələr isə 16 yaşa çatdırmağın tərəfdarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274