DÜNYA

Dünyanın ən nüfuzlu 100 şəxsi açıqlandı
21 APREL
406

Dünyanın ən nüfuzlu 100 şəxsi açıqlandı

2016-04-21 20:36:00

Amerikanın Time jurnalı dünyanın ən nüfuzlu 100 şəxsinin siyahısını açıqlayıb. Fins.az-ın məlumatına görə, siyahıya Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard, aktyor Di Kaprio və Facebook-un yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan başçılıq edir.

BVF rəhbəri bu siyahıya «liderlər» qrupunun üzvü kimi, aktyor Leonardo Di Kaprio «kumirlər», Mark Zukerberq və onun xanımı isə «titanlar» qrupundan başçılıq ediblər.

Liderlər arasından siyahıda ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Vladimir Putin, Çin rəhbəri Si TSzinpin, Şimali Koreyanın rəhbəri Kim Çen In, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, eləcə də ABŞ prezidentliyinə namizədlər – Hilari Klinton və Donald Tramp daxildir.

Xatırladar ki, «Time» jurnalı dünyanın ən nüfuzlu şəxslərinin reytinqini 1999cu ildən tərtib edir. Bir qayda olaraq bu syahıya dünyadakı vəziyyətə təsir edə bilən şəxslər daxil olur. Bununla yanaşı, dünyanın ən nüfuzlusunu müayyən edərkən redaksiyanın rəyi oxucuların rəyi ilə üst-üstə düşməyə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272