DÜNYA

“Bu, ABŞ-ın düşdüyü vəziyyətə oxşayır” – ÇİNƏ XƏBƏRDARLIQ
21 APREL
393

“Bu, ABŞ-ın düşdüyü vəziyyətə oxşayır” – ÇİNƏ XƏBƏRDARLIQ

2016-04-21 12:49:00

Məşhur maliyyəçi Corc Soros Çinin borcunun sürətlə artmasını ABŞ-ın 2007-2008-ci illərdəki böhrandan əvvəlki vəziyyəti ilə müqayisə edib. Fins.az xəbər verir ki, onun fikrincə, rəsmi Pekin həddindən çox borclanmaqdadır: “ABŞ-da olduğu kimi bu ölkədə də iqtisadi artım yeni borclar hesabına təmin olunur. Bankların verdiyi vəsaitlərin böyük hissəsi “pis borclar”ın qaytarılmasına və müəssisələrin ziyanının bağlanmasına gedir”.

Xatırladaq ki, ötən ay Çində kreditləşmənin məbləği 2.34 trilyon yuan və yaxud təxminən 362 milyard dollar təşkil edib. Bu isə iqtisadçıların gözləntilərindən 1,5 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274