DÜNYA

Yeni dollar buraxılacaq
21 APREL
787

Yeni dollar buraxılacaq

2016-04-21 09:01:00

ABŞ dollarının 5-lik, 10-luq və 20-lik əskinaslarının dizaynında dəyişiklik ediləcək. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Ceykob Lyu məlumat verib. Onun sözlərinə görə, federal xəzinədarlıq 20 dollarlığın bir üzündən ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun portretini götürmək və onu Harriet Tabmenlə əvəz etmək niyyətindədir. O, 19-cu əsrdə qulları azad etmiş döyüşçü olub. Endryu Cekson fotosu isə çox güman ki, əskinasın o biri üzündə qalacaq.

10 dollarlığın üstündə portreti olan ABŞ dövlətinin qurucularından biri və ölkənin ilk maliyyə naziri Aleksandr Hamilton da öz yerini bölüşməli olacaq. Bu əskinasın arxa tərəfində qadınların vətəndaş hüquqlarının müdafiəsi hərəkatının fəallarının portretinin yerləşdirilməsi nəzərdə tutulub.

5 dollarlığın üstünə isə 20-ci əsrdə vətəndaşlarının hüquqları uğrunda mübarizə aparmış ictimai liderlərin şəkli vurulacaq. Yeni əskinasların 2020-ci ildən dövriyyəyə buraxılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275