DÜNYA

Maşının vurulduğunu gizlədə bilməyəcəklər – UKRAYNADA
19 APREL
927

Maşının vurulduğunu gizlədə bilməyəcəklər – UKRAYNADA

2016-04-19 14:52:00

Aprelin 9-dan Ukrayna vətəndaşlarına ölkədə qeydiyyatda olan avtomobillər və onların sahibləri barədə bəzi məlumatları əldə etmək imkanı yaradılıb. Fins.az yerli mətbuata istinadən xəbər verir ki, bu, Ukraynanın Nazirlər Kabinetinin martın 25-də qəbul etdiyi, “Qeydiyyata alınmış məqliyyat vasitələri və onların sahibləri barədə bəzi məlumatların təqdim olunması” barədə qərarın sayəsində mümkün olub.

Qərara əsasən məlumatları öyrənmək üçün ayrıca portal yaradılıb. Fiziki və hüquqi şəxslər, dövlət və yerli özünü idarəetmə orqanları, vəkillər, notariuslar həmin portaldan lazımi məlumatları əldə edə bilirlər. Amma bu məlumatların bir qismi pullu, bir qismi isə pulsuzdur.

Məsələn, avtomobilin markası, modeli, buraxılış ili, mühərrikinin həcmi və dövlət qeydiyyatına alınma tarixi məlumatlara pul ödəmək lazım deyil. Əgər bu məlumatlardan əlavə maşının rəngi, yanacaq növü, sahiblərinin sayı, oturacaq yerlərinin sayı, texniki nəzarətdən keçib-keçmədiyi, icbari sığortasının olub-olmadığı, qəzaya uğrayıb-uğramadığı, nəqliyyat vasitəsinin iştirakı ilə neçə yol qəzasının baş verdiyi kimi məlumatlar əldə ediləcəksə, onda pul ödəmək lazım gəlir. Həmin məbləğ məlumatların yazılı və yaxud elektron formada əldə edilməsindən asılı olaraq 61 qrivna və 46 qrivnanıdr. (1 Ukrayna qrivnası bizim 6 qəpiyə bərabərdir). Məlumatlar əldə olunarkən avtomobil sahibinə bu barədə məlumat verilir, həmin şəxsin kimliyi bildirilir.

Yeni xidmət avtomobil almaq istəyən şəxslər xüsusilə maraqlıdır. Çünki, çox vaxt maşınını satan adam onun vurulduğunu, qəza törətdiyini gizlətməyə çalışır. Amma yeni portalın sayəsində Ukraynada bu kimi halları gizlətmək mümkün olmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272