DÜNYA

Ən sərfəli valyuta dollar və avro deyilmiş
16 APREL 2016
1831

Ən sərfəli valyuta dollar və avro deyilmiş

2016-04-16 11:07:00

"Bloomberg" agentliyi 2016-cı ilin ən sərfəli valyutasının Zambiya kvaçasının olduğunu açıqlayıb. Fins.az xəbər verir ki, ekspertlərin rəyinə əsasən, Zambiya kvaçası artım tempinə görə dünyanın qalan 150 pul vahidini üstələyib.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

İlin əvvəlindən başlayaraq böyüklüyünə görə Afrikada ikinci mis istehsalçısı olan Zambiyanın milli pul vahidi dollara nisbətdə 19,9% artıb. Müqayisə üçün qızıl 16,3% bahalaşıb. 

Kvaçanın bu "uğuru" misin qiymətlərinin artması ilə bağlıdır. Bundan başqa, ötən il Zambiya valyutası 42% düşüb və 2015-ci il üç ən pis valyutası siyahısına daxil olub. Bu gün iqtisadçılar "sıçrayış" müşahidə edir və bunun daha da artmasını proqnozlaşdırırlar.

Mənbə: "Report"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267