DÜNYA

Moskva birjasının indeksi 2008-dən bəri maksimuma çatıb
14 APREL
224

Moskva birjasının indeksi 2008-dən bəri maksimuma çatıb

2016-04-14 09:50:00

Dünya bazarında neftin qiymətinin 44 dolları üstələməsi və Çin iqtisadiyyatında vəziyyətin yaxşılaşması investorların Moskva Birjasında fəallığını artırıb. Fins.az xəbər verir ki, birjanın 2 əsas indeksindən biri olan “rubl” MMVB-si son 8 il üzrə rekord həddə çatıb və 1924.34 bənd təşkil edib. Bu, bir gün əvvəllə müqayisədə 1,32% çoxdur. Sonuncu dəfə bu indeks 2 iyun 2008-ci ildə 1932 olmuşdu. İndeskin artımının əsas səbəbkarları “NOVATEK”, “TMK”, “VTB”, “Başneft” kimi şirkətlərin səhmlərinin bahalaşması  olub. MMVB ilə eyni vaxtda RTS indeksi də 1,5% artaraq 925 bənd olub. Moskva birjasındakı səhmlərin dollarla ifadəsi ilə hesablanan indeks üçün bu, 3 iyul 2015-ci il tarixdən rekord həddir.

Analitiklər investorların fəallığını Çin iqtisadiyyatında canlanma ilə izah edir. Bu ilin mart ayının yekununa görə, bu ölkədən ixracın dollarla ifadədə həcmi 1 il əvvəllə müqayisədə 11,5% artıb. Halbuki analitiklərin proqnozu 8,5% olub. Çinin idxalı isə 7,6% azalıb. Bu da gözlənilənlə müqayisədə yaxşı göstəricidir. Bütün bunlar neftin qiymətinin 44 dolları keçməsinə təsir edib.Ümumi səbəblərlə yanaşı, Rusiya birjasının indeksinin artması həm də dividend mövsümünün yaxınlaşması ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272