DÜNYA

Neft hasilatı dondurulur - RUSİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI RAZILAŞDI
13 APREL
422

Neft hasilatı dondurulur - RUSİYA VƏ SƏUDİYYƏ ƏRƏBİSTANI RAZILAŞDI

2016-04-13 08:19:00

Rusiya və Səudiyyə Ərəbistanı hökumətlərinin  nümayəndələri neft hasilatının dondurulmasına dair konsensus əldə ediblər. Fins.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən bildirilib. Məlumata görə, rəsmi Ər-Riyad ilk dəfədir ki, İranın iştirakı olmadan hasilatın dondurulmasına razılıq verib. Bundan əvvəl Səudiyyə Ərəbistanı bəyan edirdi ki, İran da neft hasilatının dondurulması təşəbbüsünü dəstəkləmir və buna görə o da sövdələşməyə hazır deyil. Xatırladaq ki, rəsmi Tehran neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdırana qədər neft hasilatının dondurulması sazişinə qoşulmayacağını bildirib. 

Mənbə: "İnterfaks"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270