DÜNYA

Ən bahalı gediş haqqı olan şəhərlər – SİYAHI
12 APREL
678

Ən bahalı gediş haqqı olan şəhərlər – SİYAHI

2016-04-12 12:24:00

Dünyada gediş haqqının ən bahalı olduğu şəhərlərin siyahısı açıqlanıb. “Statista” təşkilatı tərəfindən hazırlanan siyahıya görə, dünyada ən bahalı gediş haqqı Danimarkanın paytaxtı Kopenhagendədir. Bu şəhərdə avtobus, tramvay və ya metro bileti 4,16 avro (31 kron) təşkil edir. Qonşu Skandinaviya paytaxtları olan Stokholm və Oslo müvafiq olaraq, 3,73 avro və 3,40 avro gediş haqqı göstəriciləri ilə 2-ci və 4-cü yerləri tutub. 3-cü yeri 3,60 avroluq gediş haqqı qiymətləriylə London tutub. İctimai nəqliyyatda hərəkət üçün ən sərfəli meqapolis 2,46 avro gediş haqqı ilə Nyu-York olub. İctimai nəqliyyat qiymətlərinə görə şəhərlərin reytinqi:

1. Kopenhagen, Danimarka

2. Stokholm, İsveç

3. London, Böyük Britaniya

4. Oslo, Norveç

5. Zürix, İsveçrə

6. Oklend, Yeni Zelandiya

7. Dublin, İrlandiya

8. Cenevrə, İsveçrə

9. Frankfurt, Almaniya

10. Berlin, Almaniya

11. Helsinki, Finlandiya

12. Nyu-York, ABŞ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272