DÜNYA

Nəhəng banka 5 milyard dollar cərimə
12 APREL
337

Nəhəng banka 5 milyard dollar cərimə

2016-04-12 08:10:00

ABŞ-ın Ədliyyə Nazirliyi, ipoteka kreditlərində yol verdiyi qanun pozuntularına görə, Goldman Sachs beynəlxalq investisiya bankının 5,06 milyard dollar cərimə ödəməyi qəbul etdiyini açıqlayıb. ABŞ Ədliyyə Nazirliyi ilə bank arasında bu ilin əvvəlindən etibarən aparılan danışıqlarda nəticəyə gəlinib. Nazirlikdən verilən məlumata görə, Goldman Sachs, 2007- 2009-cu illər arasında ipoteka qiymətli kağızların ixracı, marketinqi və satışı məsələlərində törətdiyi pozuntulardan dolayı 2 milyard 385 milyon dollar cərimə ödəməyi qəbul edib.

Açıqlamada həmçinin bankın, pozuntulardan əziyyət çəkən istehlakçılara 1 milyard 800 milyon dollar kompensasiya, federal və əyalət təşkilatlarına da 875 milyon dollar ödəməyi qəbul etdiyi məlumatı verilib.

Nazirlik, daha əvvəl mənzil kreditlərində pozuntulara görə, Bank of America-nı 16,6 milyard dollar, Citigroup-u 7 milyard dollar və JPMorgan Chase isə 13 milyard dollar cərimə etmişdi.

Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275