DÜNYA

“Rosneft”in bazar dəyəri ilk dəfə “Gazprom”u ötüb
11 APREL
247

“Rosneft”in bazar dəyəri ilk dəfə “Gazprom”u ötüb

2016-04-11 19:55:00

Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”in bazar dəyəri 2006-cı ildə səhmləri satışa çıxarılandan bu vaxtadək ilk dəfə ölkənin enerji nəhəngi “Gazprom”u ötüb. Fins.az “ria.ru”ya istinadla xəbər verir ki, “Rosneft”in səhmləri bu gün Rusiya birjasında 3,3 faiz dəyər qazanaraq şirkətin ümumi dəyərini 52 milyard dollara yüksəldib.

“Gazprom”un səhmləri isə bu gün 0,1 faiz dəyər qazanıb. Lakin şirkətin bazar dəyəri “Rosneft”dən aşağıda - 51,7 milyard dollar səviyyəsində qalıb.

Qeyd edək ki, “Gazprom” gündəlik təxminən 8 milyon barrel, “Rosneft” isə orta hesabla 5 milyon barrel neft və təbii qaz hasil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275