DÜNYA

15 October
3

Breksitlə bağlı ikitərəfli müzakirələrlə bağlı görüş başlayıb

Oktybarın 31-də planlaşdırılan Breksitə iki həftə qalmış İngiltərə ilə Avropa Birliyi (AB) arasında danışıqlarda yüksək dinamika müşayiət olunur. Fins.az xəbər verir ki, iki tərəf arasında müzakirələr Brüsseldə baş tutmaqdadır. AB-nin xarici işlər nazirləri isə Lüksemburqdə məsləhətləşirlər.

Breksit sazişinin detalları AB-nin cümə axşamı və cümə günü baş tutacaq zirvə toplantısında razılaşdırılmalıdır ki, şənbə günü Böyük Britaniya parlamenti razılaşmaya dair qərar versin.

Bazar ertəsi AB Komissiyası ilə İngiltərə arasında müzakirələr axşam saatlarına kimi davam etdikdən sonra danışıqlar çərşənbə axşamı da davam etdirilir. Bu haqda Böyük Britaniya tərəfi məlumat verir. Məlumata əsasən, proses ərzində sazişə dair İngiltərədən tələb olunan yeni detallar daxil olub.

adsgarden