BÜDCƏ

Azərbaycanda ödəniş sisteminin 22 Oktyabrda iflas elan olunmasına baxılacaq
10 OKTYABR
330

Azərbaycanda ödəniş sisteminin 22 Oktyabrda iflas elan olunmasına baxılacaq

2019-10-10 14:19:00

Azərbaycanda “EasyPay” MMC-nin müflis elan olunmasına dair ərizəsi üzrə məhkəmə baxış iclasının vaxtı açıqlanıb. 

 Bildirək ki, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli, ev 119c məhəllə 1996 olan “Easypay” MMC müflis  elan olunmasına dair ərizəsi üzrə məhkəmə baxış iclası 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi tərəfindən 22 oktyabr 2019-cu il tarixli saat 11:00-a təyin edilib.

“Easypay” MMC-nin Bakıda 100-ə yaxın ödəniş terminalı var. Burada mobil və stasionar telefon, sığorta, kommunal xidmətlərin haqları, kabel TV və internet, Dövlət İmtahan Mərkəzi və sair ödənişləri etmək mümkün idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır