BÜDCƏ

"ASAN xidmət" dövlət büdcəsinə 135 mln. manat vəsaiti geri qaytarıb
09 OKTYABR
116

"ASAN xidmət" dövlət büdcəsinə 135 mln. manat vəsaiti geri qaytarıb

2019-10-09 13:01:00

“Bu gün qarşımızda duran ən əsas tələb reaktiv xidmətlərdən praktik xidmətlərə keçid prosesini təmin etmə, ümumiyyətlə rəqəmsal hökumətə keçid prosesini başa çatdırmaqdan ibarətdir”.

Fins.az-ın mumatına görə, bunu bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Onun sözlərinə görə, “ASAN xidmət" mərkəzləri 7 ildir fəaliyyət göstərir: “Bu müddət ərzində qurumun saxlanılmasına dövlət büdcəsindən 132 mln. manat vəsait ayrılıb. 7 il ərzində "ASAN xidmət" vasitəsilə dövlət büdcəsinə 135 mln. manat dövlət rüsumu və digər xidmətlər haqları geri qayıdıb. Aparılan bu islahat həm bir çox sahələrdə uğur qazanıb, hədəfə çatıb, şəffaflıq təmin edilib, həm də dövlət büdcəsindən xərclənən vəsait artıqlaması ilə qayıdıb”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır