BÜDCƏ

“Azərkosmos” bu ilin 8 ayında 28 milyon dollarlıq xidmət ixrac edib
27 SENTYABR
136

“Azərkosmos” bu ilin 8 ayında 28 milyon dollarlıq xidmət ixrac edib

2019-09-27 16:10:00

Bu ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC dünyanın 23 ölkəsinə 28 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89%-ni təşkil edib.

Təkcə bu ilin avqust ayında isə “Azərkosmos” 18 ölkəyə 2,5 milyon dollar dəyərində xidmət ixrac edib. Qurumun göstərdiyi xidmətlərin əsas alıcıları ABŞ, Fransa, Böyük Britaniya, Malayziya və BƏƏ olub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır