BÜDCƏ

“Azerspace-2” peyki indiyə qədər 14 milyon dollar gəlir gətirib
26 SENTYABR
143

“Azerspace-2” peyki indiyə qədər 14 milyon dollar gəlir gətirib

2019-09-26 16:28:00

Bu gün “Azerspace-2” peykinin orbitə buraxılmasından bir il ötür.

Fins.az xəbər verir ki, bu barədə “Azərkosmos” ASC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, peyk bu ilin fevral ayından kommersiya fəaliyyətinə başlayıb, onunla Afrikada 80-dən çox şifrəli kanal yayımlanır. Yeddi ay ərzində “Azerspace-2”nin tutumlarının 80%-i ödənişli əsaslarla istismar olunub və 14,1 milyon ABŞ dolları gəlir əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır