BÜDCƏ

Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum artırılır
23 SENTYABR
198

Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum artırılır

2019-09-23 16:53:00

Azərbaycanda nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə nəzərdə tutulan dövlət rüsumu artırılır.

Fins.az-ın xəbərinə görə, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir.

Dəyişikliyə əsasən, avtonəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rüsumu 30 manat müəyyən edilib. Hazırda bu rüsum 20 manatdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır