BÜDCƏ

Bu şəxslərin hesabına 3.295,08 min manat dövlət büdcəsinə geri qaytarılıb
27 AVQUST
247

Bu şəxslərin hesabına 3.295,08 min manat dövlət büdcəsinə geri qaytarılıb

2019-08-27 16:56:00

2019-cu ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Dövlət Maliyyə Nəzarəti Xidməti təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpasını təmin edib, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Hesabat dövründə mənimsəmə əlamətləri müşahidə olunan nöqsanlara hüquqi qiymət verilməsi və İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədilə 4 təşkilat üzrə aşkar edilən 266,7 min manat məbləğində artıq ödənişlərə dair sənədlər Azərbaycan Respublikasının prokurorluq orqanlarına göndərilib. Eyni zamanda, qeyd olunan dövr ərzində Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri hüquq-mühafizə və prokurorluq orqanlarının məktublarına, məhkəmələrin qərarlarına əsasən dörd təşkilatda aparılan yoxlamalarla 5 milyon 440,63 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edib. Təqsirkar şəxslər hesabına həmin vəsaitin 3.295,08 min manatının bərpası təmin olunub, müvafiq sənədlər aidiyyəti üzrə təqdim edilib.

Müəllif:Aynur Qəniyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır