BÜDCƏ

Büdcədə 45,3 milyard avro artıqlıq var
27 AVQUST
180

Büdcədə 45,3 milyard avro artıqlıq var

2019-08-27 14:33:00

2019-cu ilin birinci yarısında, Almaniyada federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcəsində artıqlıq (profisit) 45,3 milyard avro təşkil edib.Almaniya Federal Statistika Ofisinin (Destatis) açıqladığı məlumatlara görə, 45,3 milyard avroluq profisit 

Hazirki qiymətlərlə (aktual bazar qiymətləri) Ümumi Daxili Məhsulun (ÜDM)  2,7%-nə bərabərdir.Büdcə gəlirləri 3,2% artaraq 791,8 milyard avro, xərcləri 4,3% artımla 746,5 milyard avro təşkil edib.Beləliklə, federal dövlət, əyalətlər və bələdiyyələri əhatə edən büdcənin artığı 45,3 milyard avro təşkil edib.

Büdcə gəlirlərinin 415,4 milyard avrosu vergi gəlirlərindən ibarət olub və bu kateqoriya gəlirlər keçən ilin eyni dövrünə nisbətən 2,8 faiz artmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır