BÜDCƏ

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib
02 AVQUST
336

Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərinin 93%-i üç əsas xarici valyutada yerləşdirilib

2019-08-02 12:36:00

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli onun aktivlərinin demək olar ki, 100%-i qədər və yaxud 42 463,45 milyon ABŞ dolları təşkil edib.

Fins.az Fonda istinadən xəbər verir ki, bu vəsaitin 54,6%-i elə dollarda, 34,1%-i avroda, 4,6%-i isə ingilis funtsterlinqində yerləşdirilib.

Başqa sözlə, üç əsas xarici valyutanın investisiya portfelində payı 93,3% təşkil edib. Digər valyutalara gəlincə isə, portfeldə Avstraliya dolları 0,6%, Türkiyə lirəsi 0,7%, Rusiya rublu 0,7%, Koreya vonu 0,4%, Çin yuanı 1,2%, Yaponiya yeni 1,6%, digər valyutalar 1,5%, qızıl isə 10,3% paya malikdir.

ARDNF investisiya portfelinin xarici valyutalar və qiymətli metallar üzrə bölgüsü ilə yanaşı, müxtəlif aktivlər üzrə bölgüsünü də açıqlayıb. Beləliklə, Fondun investisiya portfelində istiqrazların və pul bazarı alətlərinin payı 71,1%, səhmlərin payı 13,3%, daşınmaz əmlakın payı 5,3%, qızılın payı isə 10,3% təşkil edib.

Xatırladaq ki, bu ilin əvvəlindən ARDNF-in aktivləri 10%-dən çox artıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır