BÜDCƏ

Qoruq İdarəsindən 1,3 milyon manat xalis mənfəət
16 İYUL
145

Qoruq İdarəsindən 1,3 milyon manat xalis mənfəət

2019-07-16 09:22:00

“İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin cəmi aktivləri bu il yanvarın 1-nə 24 milyon 306 min manat təşkil edib.

Qurumun maliyyə hesabatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 89,6% çoxdur.

Hesabat dövründə “İçərişəhər”in cəmi öhdəlikləri, təxminən, 33 dəfə artaraq 3 milyon 34 min manata, cəmi kapitalı isə 67,1% artaraq 2 milyon 272 min manata çatıb.

2018-ci ildə “İçərişəhər”in dövlət büdcəsindən ayırmalar hesabına əsas əməliyyat gəlirləri 10 milyon 573 min manat (2017-ci ilə nisbətən 2,9% az), aldığı xidmətlərin və materialların dəyəri 8 milyon 813 min manat (4,2 dəfə çox), əməkhaqqı xərcləri 4 milyon 281 min manat (58,4% çox), sosial ayırmaları 963 min manat (22,7% çox), köhnəlmə və amortizasiya xərcləri 2 milyon 778 min manat (2,4 dəfə çox), sair əməliyyat gəlirləri 5 milyon 117 min manat (2,3 dəfə çox), sair əməliyyat xərcləri 4 milyon 852 min manat (22,4% az), fövqəladə gəlirləri 9 milyon 58 min manat (təxminən 400 dəfə çox), fövqəladə xərcləri 1 milyon 422 min manat (2017-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 328 min manat (2017-ci ildə olmayıb) təşkil edib.

Son nəticədə idarə ötən ili 1 milyon 31 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 11,9 dəfə çoxdur. 

Xatırladaq ki, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ölkə Prezidentinin 10 fevral 2005-ci il tarixli sərəncamı ilə Nazirlər Kabineti yanında yaradılıb.

©  Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır