BÜDCƏ

Hesablama Palatası 2 nazirlikdə yoxlama apardı
15 İYUL
251

Hesablama Palatası 2 nazirlikdə yoxlama apardı

2019-07-15 17:39:00

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Hesablama Palatasının mətbuat xidmətindən verilən məlumata görə, Kollegiya iclasında həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub:

Dövlət büdcəsindən Energetika Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, eləcə də nazirlik sistemi üzrə daxilolmaların hesablanması və ödənilməsinə dair  aparılan  audit barədə;

Səhiyyə Nazirliyinin Bakı şəhər Baş Səhiyyə İdarəsinə ayrılan büdcə vəsaitlərinin icrası üzrə maliyyə və uyğunluq auditinə dair.

Kollegiya iclasında  nəzarət tədbiri üzrə Auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara Kollegiya qərarının göndərilməsi, Milli Məclisinə müvafiq məlumatın təqdim olunması qərara alınıb. 

İclasda, həmçinin İş Planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqram  müzakirə olunaraq  təsdiq  edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır