BÜDCƏ

Cari ilin birinci yarım ilində Naxçıvanda dövlət büdcəsinin xərcləri 85,1 faiz icra olunub
10 İYUL
136

Cari ilin birinci yarım ilində Naxçıvanda dövlət büdcəsinin xərcləri 85,1 faiz icra olunub

2019-07-10 10:22:00

2019-cu ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 276 milyon 40 min 923 manat təyinata qarşı 234milyon 903 min 157 manat və ya 85,1 faiz icra olunub.

Qeyd edilir ki, bununla yanaşı, ilk yarım ildə muxtar respublikanın dövlət büdcəsinin icrasında sosialyönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 105 milyon 293min 887 manat sərf olunub ki, bu da büdcə xərclərinin 44,8 faizini təşkil edib.

Eyni zamanda büdcə xərclərinin 74,9 faizi və ya 176 milyon 31 min 735 manatı cari xərclərə, 25,1 faizi və ya 58milyon 871 min 422 manatı isə əsaslı xərclərə yönəldilib. Əsaslı vəsait qoyuluşu xərclərinin böyük hissəsi muxtar respublikada quruculuq işlərinin aparılmasına, təhsil və səhiyyə müəssisələrinin tikintisinə, həmçinin infrastrukturun yenilənməsi layihələrinin maliyyələşdirilməsinə yönəldilib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır