BÜDCƏ

Altı ayda Naxçıvanda büdcəyə nəzərdə tutulandan 3 milyon manatdan çox vəsait daxil olub
10 İYUL
60

Altı ayda Naxçıvanda büdcəyə nəzərdə tutulandan 3 milyon manatdan çox vəsait daxil olub

2019-07-10 10:05:00

Cari ilin birinci yarısında Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 40 milyon 836 min 600 manat təyinata qarşı 108 faiz icra edilib, büdcəyə nəzərdə tutulandan 3 milyon 267 min 635 manat çox vəsait daxil olub.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinndə məlumat  verir.

Cari ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 84,3 faizi və ya 37milyon 189 min 353 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 12,8 faizi və ya 5milyon 635 min 486 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 2,6 faizi və ya 1 milyon 153 min 809 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,3 faizi və ya 125 min 577 manatı isə digər mənbələr hesabına daxil olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9162
  • ₽ RUB
    0.0269