BÜDCƏ

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb
04 İYUL
144

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb

2019-07-04 10:19:00

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Fins.az xəbər verir ki, iyulun 9-da keçiriləcək toplantının gündəliyinə 38 məsələ daxildir.

Bunlar "Məhkəmələr və hakimlər haqqında", "Dövlət rüsumu haqqında", "Əmək pensiyaları haqqında", "Yol hərəkəti haqqında" qanunlara, o cümlədən Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir. Dəyişiklik layihələri 2-ci və 3-cü oxunuşda müzakirə olunacaq.

Bundan başqa, deputatlar "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9066
  • ₽ RUB
    0.027