BÜDCƏ

Hesablama Palatası büdcə xərclərinin təyinatına dair əsas irad və tövsiyələrini açıqlayıb
18 İYUN
113

Hesablama Palatası büdcə xərclərinin təyinatına dair əsas irad və tövsiyələrini açıqlayıb

2019-06-18 17:42:00

Hesablama Palatası dövlət büdcəsi xərclərinin təyinatına dair irad və tövsiyələrini açıqlayıb.

Fins.az-ın  məlumatına görə, bu, Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında rəyində əksini tapıb.

Hesablama Palatası hesabatlılıq və şəffaflıq prinsiplərinin təmin edilməsi məqsədilə “Büdcə sistemi haqqında” qanunun dövlət büdcəsi xərclərinin müvafiq qanunvericiliklə təsdiq edilmiş məbləğlərinin və təyinatının dəyişdirilməsinə yol açan maddələrinə yenidən baxılmasını tövsiyə edib. Eyni zamanda dövlət proqramlarının və tədbirlərinin icrası barədə ətraflı məlumatların dövlət büdcəsinin icrası ilə bağlı hesabata daxil edilməsi istənilib. Tövsiyələr sırasında “Birdəfəlik təyinatlı xərclər” anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarla müəyyən edilməsi, həmçinin hər bir il üçün bu xərclər üzrə hədlərin dövlət büdcəsi ilə bağlı qanunda təsbit olunması da əksini tapıb.

Hesablama Palatası hesab edir ki, “Büdcə sistemi haqqında” qanunun qəbul edildiyi dövrdən uzun müddət keçdiyini, çoxsaylı əlavə və dəyişikliklərin tətbiq olunduğunu nəzərə alaraq, büdcə sistemini və prosesini tam və ətraflı şəkildə tənzimləyən, həmçinin müasir dövrün çağırışlarına cavab verən yeni büdcə qanunvericiliyinin (Büdcə Məcəlləsinin) hazırlanması vacibdir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027