BÜDCƏ

“Teleradio” zərərdən mənfəətə keçib
14 İYUN
92

“Teleradio” zərərdən mənfəətə keçib

2019-06-14 12:32:00

“Teleradio” İstehsalat Birliyi 2018-ci ili 343 min manat xalis mənfəət ilə başa vurub. Birlik 2016-cı ili 1 milyon 116 min manat, 2017-ci ili 115 min manat zərər ilə başa vurmuşdur.

Fins.az Marja-ya istinadən xəbər verir ki, ötən il “Teleradio”nun cəmi gəlirləri 10 milyon 295 min manat, cəmi xərcləri isə 9 milyon 952 min manat təşkil edib.  

2017-ci ildə “Teleradio”nun cəmi gəlirləri 10 milyon 430 min manat, cəmi xərcləri isə 10 milyon 545 min manat təşkil etmişdi.

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272