BÜDCƏ

Prezident nazirliyə pul ayırdı – SƏRƏNCAM
12 İYUN
539

Prezident nazirliyə pul ayırdı – SƏRƏNCAM

2019-06-12 09:42:00

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş vəsaitin azaldılan hissəsinin ayrılması haqqında sərəncam imzalayıb. 

Fins.az-ın məlumatına görə, sərəncamla  Bakı şəhərində gözdən əlilliyi olan şəxslər üçün inşa ediləcək çoxmənzilli binanın layihə-smeta sənədlərinin hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.63-cü bəndində göstərilmiş məbləğin 300 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263