BÜDCƏ

Azərbaycan TRACECA-dan gəlirlərini 4% artırıb
11 İYUN
181

Azərbaycan TRACECA-dan gəlirlərini 4% artırıb

2019-06-11 15:23:00

Bu ilin I rübündə Azərbaycan Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) ilə daşınan yüklərin hesabına 156,468 milyon manat gəlir əldə edib. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda TRACECA üzrə Hökumətlərarası Komissiyanın milli katibi Akif Mustafayev məlumat verib. 

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. 

A.Mustafayev onu da deyib ki, indiyə qədər TRACECA çərçivəsində 76 layihə həyata keçirilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır