BÜDCƏ

Prezidentdən Bakı üçün 40 milyon manatlıq SƏRƏNCAM
11 İYUN
137

Prezidentdən Bakı üçün 40 milyon manatlıq SƏRƏNCAM

2019-06-11 10:22:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama ilə Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən Bakı Şəhər İcra Hakimiyyətinə 40 milyon manat vəsait ayrılıb.

Xəbər verdiyimiz üçün, Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. 

Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə dövlət büdcəsindən Təhsil Nazirliyinə 18 milyon manat ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264