BÜDCƏ

Bələdiyyələrlə bağlı nə dəyişiklik ediləcək?
04 İYUN
448

Bələdiyyələrlə bağlı nə dəyişiklik ediləcək?

2019-06-04 16:37:00

“Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Fins.az xəbər verir ki, qanun layihəsinə 49-1-ci maddə əlavə edilir. Həmin maddədə qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.

Eyni zamanda, qanun layihəsinin 10-1-ci maddəsinə də əlavələr də edilib. Belə ki, müvafiq icra hakimiyyəti  orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir. 

© Qafqazinfo

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264