BÜDCƏ

Xarici dövlətlərdən ölkə büdcəsinə daxil olan məbləğin miqdarı açıqlandı
27 MAY
151

Xarici dövlətlərdən ölkə büdcəsinə daxil olan məbləğin miqdarı açıqlandı

2019-05-27 14:51:00
Xarici dövlətlərə verilmiş kreditlər üzrə dövlət büdcəsinə daxilolmalar üzrə 2018-ci ilin dövlət büdcəsində 68,529 mln. manat  (Gürcüstan  Respublikasından 2,264 mln. manat və Serbiya Respublikasından 66.265 mln. manat) proqnoz məbləği müəyyən edilib.
Fins.az xəbər verir ki, bu, Hesablama Palatasının "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Bu mənbə üzrə 2018-ci ildə dövlət büdcəsinə 69 777,1 min manat vəsait daxil olub. Bu da müvafiq proqnoz göstəricisindən 1 248,1 min manat və ya 1,8% çox olub. Serbiyaya kreditin bir hissəsi Təminat Fondundan verildiyindən, müvafiq kredit üzrə geri ödənilmiş 67 577,3 min manat ekvivalentində məbləğ Təminat  Fondunun daxilolmalarına aid edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9097
  • ₽ RUB
    0.0264